Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycan rəssamı Nadir Hüseynovun UNESCO-nun «Novaya era» Dünya Rəssamlıq Beynəlxalq Akademiyasına üzv qəbul olunması mərasimi haqqında
    Çap versiyası | Baxılıb 649

    Oktyabrın 13-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan vətəndaşı, Türkiyənin Antalya şəhərində yaşayan rəssam Nadir Hüseynova UNESCO-nun «Novaya era» Dünya Rəssamlıq Beynəlxalq Akademiyasının mantiyası və fəxri akademik diplomunun təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib.

    Fəxri reqaliyaları rəssama Akademiyanın prezidenti, Çuvaşiyanın (Rusiya Federasiyası) əməkdar rəssamı Anatoli Silov təqdim edib.

    Akademiyanın hazırda müxtəlif ölkələrdən 24-dən artıq üzvü var. Təsisçilər hesab edirlər ki, təşkilata üzv ölkələrin sayı 130-dan az olmayacaq. UNESCO-nun himayəsi altında yaradılmış bu mötəbər beynəlxalq humanitar rəssamlıq birliyində Azərbaycan öz fəxri nümayəndəsi olan ölkələrdən biridir.

    Tədbir iştirakçılarının fikrincə, bu hadisə xalqlarımız arasında mədəniyyət sahəsində yaxınlaşma üçün daha bir addım olacaq.

    Tədbirdə Azərbaycan rəssamları İbrahim Cəfərov, Eldar Qurbanov, yaradıcı ziyalılar, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

     

    рикц юнеско

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin “Azərbaycanın ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100