Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Konsulluq qeydiyyatı

    Konsulluq dairəsi ərazisinə yaşayış üçün gələn Rusiya Federasiyası vətəndaşlarının konsulluğa qeydiyyata alınması Səfirliyin konsulluq şöbəsinə şəxsən təqdim olunan ərizəyə əsasən həyata keçirilir.

    Qeydiyyata düşmək üçün vətəndaşlar pasport, şəkil, və bir nüsxədə qeydiyyat vərəqini təqdim edirlər. Pasportda “Qeydiyyata götürülmüşdür” ştampı vurulur (tarix, imza, möhür). Konsulluğa qeydiyyata alınma üçün rüsum 8,8 manat təşkil edir.

    Konsulluq dairəsi ərazisində yaşayan vətəndaşların qeydiyyatdan çıxarılması onların ərizəsi, və konsul tərəfindən vətəndaşların xarici pasportunda “Qeydiyyatdan çıxarılıb” ştampının vurulması ilə həyata keçirilir. Konsulluq qeydiyyatından çıxarılma pulsuzdur.

    Rusiya XİN-in Konsulluq departamenti konsulluq qeydiyyatına alınmağı təkidlə tövsiyə edir. Bu əməliyyat bir çox məsələləri Rusiyaya getmədən həll etməyə imkan yaradar, həmçinin Vətənə qayıtmanı asandlaşdırır. Xaricdə öz vətəndaşlarının konsulluq təminatının belə forması bir çox ölkələrin təcrübəsində mövcuddur.

    Hər şeydən öncə, konsulluqda qeydiyyat Azərbaycan ərazisində uzun müddət yaşamağı təsdiq edir, ayrı-ayrı hallarda şəxsiyyətin müəyyən edilməsində yardımçı ola bilər. Azərbaycan Respublikasının DİN və Dövlət miqrasiyası xidmətində qeydiyyat tərtib edilərkən də konsulluq qeydiyyatı tələb olunur. Həmçinin Rusiyada daimi və ya müvəqqəti qeydiyyata alınma (konsulluqda qeydiyyata alınma və ya çıxarılma) Rusiya FMX əməkdaşları ücün vacib və xarici ölkələrin Səfirliklərində vizaların alınması zamanı zəruridir. Sənədlərin itirilməsi zamanı, konsulluq qeydiyyatı onların bərpasını xeyli tezləşdirir.

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100