Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Azərbaycan Kazak Həmyerlilər Birliyi

    Azərbaycan Kazak Həmyerlilər Birliyi (AKHB) 1992-ci ildə yaradılıb və 1994-cü ilin noyabrın 16-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

    Təşkilatın 1500 nəfər üzvü var. Onların əksəriyyəti əslən kazaklardır.

    Təşkilatın ali orqanı Toplanışdır, rəhbər orqanı isə Atamanın rəhbərlik etdiyi İdarə Heyətidir.

    Təşkilatın hüquqi və poçt ünvanı: az 1010, Bakı şəhəri, Azadlıq pr-ti, 28, tel.: 440-67-89, e-mail – kaskad99@mail.ru, sayt – www.kazakiaz.narod.ru. Birliyin Atamanı –Viktor Vasilyeviç Mereşkindir.

    AKHB – müəyyən ideyalar və arzular, həyat tərzi, ənənələr və mədəniyyət ətrafında birləşmiş insanların özünəməxsus bir təşkilatıdır.

    AKHB aşağıdakı məqsədlərə xidmət edir:

    Qədim milli adətlərin və qarşılıqlı yardım ənənələrinin bərpası; mənəvi-dini dəyərlərin qorunub saxlanması; təşkilatın üzvlərinin sosial və hüquqi müdafiəsi; uşaqların kazak həmyerliliyi ruhunda tərbiyəsi.

    AKHB Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən kazak birlikləri ilə əlaqələr saxlayır, Kuban və Sibir kazak orduları, habelə Rusiya Kazaklar İttifaqı ilə möhkəm və mehriban əlaqələrə malikdir.

     

    TƏRCÜMEYİ-HAL

    Viktor Vasilyeviç Mereşkin 1950-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun energetika fakültəsini bitirib. Hazırda «Kaskad» İstehsalat Birliyinin direktorudur. 2004-cü ildən Rusiya Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professorudur. Kazak generalıdır. Aşağıdakı orden və medallarla təltif olunub:

    «Böyük Pyotr ordeni» (2006-cı il), Rus Pravoslav Kilsəsinin II dərəcəli «Müqəddəs Sergey Radonejski ordeni» (2005-ci il), «Rusiyaya 300 il xidmətə görə» orden-nişanı (Kuban Kazak Ordusu tərəfindən, 1996-cı il), Platov adına medal (2003-cü il), I, II, III dərəcəli «Kazaklığın bərpasına görə» xaç ordenləri (Kuban Kazak Ordusu tərəfindən, 1994-2002-ci illər), «Kazaklığın bərpasına görə» xaç ordeni (Mərkəzi Kazak Ordusu tərəfindən, 2004-cü il), «Vətənə sədaqətə görə» xaç ordeni (2003-cü il).

     

     

    mereşkin

    Moskva və Rusiya Patriarxı II Aleksi

     

    Heydər Əliyev mereşkin

    Heydər Əliyevlə

     

    İlham Əliyev mereşkin

    İlham Əliyevlə

     

    doroxin mereşkin

    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfiri V.D.Doroxin və V.V. Mereşkin

     

    mereşkin

    Moskva və Rusiya Patriarxı Kiril

     

    mereşkin

    Kazaklar Qələbə Günü əklil qoyma mərasimində, 9 may 2009-cu il

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100