Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Rus Mədəniyyət Mərkəzi

    barinovaRus Mədəniyyət Mərkəzi 1993-cü ildə yaradılıb. Mərkəzin təsisçisi Azərbaycanın Rus İcmasıdır. Mərkəzin rəhbəri Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dosenti Barinova Svetlana Nikolayevnadır.

    Bu illər ərzində Mərkəz rus dili və mədəniyyətinin, adət, ənənə və ayinlərin, qorunub saxlanması və inkişaf etdirilməsi; millətlərarası münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, rus və Azərbaycan mədəniyyətlərinin, habelə respublikada yaşayan digər xalqların mədəniyyətlərinin bir-birinə təsirinə və bir-birini zənginləşdirməsinə şərait yaradılması istiqamətində böyük iş görüb.

    Ötən illər ərzində Mərkəz rus və Azərbaycan mədəniyyət xadimlərinin yaradıcılığına həsr olunmuş 1000-dən artıq ədəbi və musiqili tədbirlər; Milad, Pasxa və Maslenitsa və s. bayramlar münasibətilə pravoslav konsertləri və s. təşkil edib.

    Mərkəzdə əsl peşəkar kollektivlər çalışır. Bunlara misal olaraq «Russkoe pole» (Rus çölü) vokal-instrumental ansamblı (bədii rəhbər G.Çernoqorov), repertuarında rus bəstəkarlarının 100-dən artıq klassik əsərlərinin olduğu «Poyuşie serdsa» (Nəğməli qəlblər) qadın vokal ansamblı (bədii rəhbər İ.Kazımova), repertuarında dünya xalqlarının 20-dən artıq rəqsi olan «Nejnost» (Zəriflik) rəqs ansamblı (bədii rəhbər Dövlət Rəqs Ansamblının artisti Q.Semyonova), bard klubu, «İqray qarmon» (Oxu qarmon) rus xalq mahnıları ansamblı və «Korablik» (Gəmicik) uşaq xorunu (bədii rəhbər A.Sazonova) göstərmək olar. Bütün bu kollektivlər – bir çox respublika müsabiqələrinin və festivalların laureatları və mükafatçıları olmaqla yanaşı respublikanın bütün guşələrində arzu olunan qonaqlardır.

    Rus Mədəniyyət Mərkəzinin fəaliyyətində əsas yerlərdən birini böyüməkdə olan gənc nəsillə iş tutur. Bu mənada «Raduqa» (Göy qurşağı) uşaq klubunun işini misal göstərmək olar. Burada uşaqlar özləri Maslenitsa bayramı münasibətilə fəsəli bişirir, Milad və Pasxa bayramlarını qeyd edirlər.

    Respublikanın ən yaxşı müəllim və mütəxəssisləri mərkəzin nəzdindəki Rusiya tarixi, rus dili və ədəbiyyatı dərnəklərinə rəhbərlik edirlər.

    Bakıda hələ də rus dili və mədəniyyəti sahəsində ixtisaslaşan elmi və pedaqoji kadrların böyük potensialı var. Burada fəaliyyət göstərən Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı kafedrası, Bakı Musiqi Akademiyasında isə rus musiqisi kafedrası vardır. Rus Mədəniyyət Mərkəzi öz ətrafına Bakının elmi və yaradıcı ziyalılarının ən parlaq nümayəndələrini, istedadlı gəncləri toplamağa müvəffəq olub.

    Rus Mədəniyyət Mərkəzi respublikada və onun hüdudlarından kənarda yaşayan bir çox rusdilli gəncləri yetişdirərək, həyata və yaradıcılığa vəsiqə verib.

    Onların sırasında bir çox beynəlxalq müsabiqələrin laureatı, istedadlı pianoçu, Mərkəzin bədii şurasının üzvü Y.Sayutkin, balerina O.Deryabina, aktrisa Y.Şetinkina, hazırda Polşada yaşayan istedadlı rəssam və heykəltəraş Q.İbadullayev və başqa şəxslər var.

    Mərkəz rus milli ocağı və dərin beynəlmiləlçilik ruhu ilə Azərbaycan xalqının və bu torpaqda yaşayan digər xalqların mədəniyyətlərinə hörmətin sintezini özündə ehtiva edir.

    Bir vaxtlar bütün post-sovet məkanında məşhur olan Müəllif Mahnıları Klubu yuxarıdakı sözlərə bariz nümunədir. «İtoqi» jurnalında bu klub barədə aşağıdakı sözlər yazılıb:

    «Əsasən azərbaycanlılardan ibarət olan müəllif mahnıları klubu daha çox rusdillidir. U insanlar bir yerə toplanıb oxuyarkən onlara qulaq asmaq lazımdır ki, bu, yenidənqurmadan əvvəlki Sovet ziyalılarının, adətlərin, dəyərlərin və leksikasından heyrətamiz dərəcədə yaxşı qorunub saxlandığı özünəməxsus qoruqdan ləzzət alasan. Ümumiyyətlə, Bakıda rus dilli mədəniyyət fenomeni çox dəyərli və maraqlı fenomendir».

    Hazırda Mərkəz faşist Almaniyası üzərində Böyük Qələbənin 65 illiyini layiqli şəkildə qeyd etməyə hazırlaşır. Azərbaycanın Rus İcmasının Böyük Vətən Müharibəsi Veteranları Komitəsi ilə birlikdə bir sıra musiqili-ədəbi proqramlar hazırlayıb: «Qafqaz uğrunda döyüş», «Sovet mədəniyyəti xadimləri - cəbhəyə», «Ukraynanın azad olunması» və s.

    Böyük Qələbəyə həsr olunmuş növbəti «Qəlb bulaqları» müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

    Bundan əlavə, böyük rus şairi S.Yeseninin ad gününə həsr olunmuş bayram tədbirlərinin keçirilməsinə hazırlıq gedir. Oktyabrın 3-də şairin yaradıcılığının pərəstişkarları onun yaşadığı və dahiyanə fars motivlərini yaratdığı, Bakının Mərdəkan kəndində yerləşən ev-muzeyinə toplaşacaqlar.

    Rus Mədəniyyət Mərkəzinin ünvanı:

    AZ 1110, Azərbaycan, Bakı şəhəri, Azadlıq pr-ti, ev 116.

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100