Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         



    Humanitar sahədə Rusiya-Azərbaycan əməkdaşlığı

    Rusiya və Azərbaycanın humanitar sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın ən vacib istiqamətlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya-Azərbaycan  humanitar sahədə qarşılıqlı əlaqələri “digər sahələrdə əməkdaşlığın əsası” kimi səciyyələndirir.

    Rusiya və Azərbaycanın humanitar sahəsində əməkdaşlığ aşağıdakı sazişlərlə tənzimlənir: elmi və mədəni əməkdaşlıq (6 iyun 1995-ci il), elmi və elmi-pedaqoji sahədə yüksək ixtisaslı kadrların atteastasiya sahəsində əməkdaşlıq (25 iyul 1995-ci il), səhiyyə sahəsində əməkdaşlıq (7 oktyabr 1995-ci il), elmi-texniki əməkdaşlıq (7 oktyabr 1995-ci il), mədəni-məlumat mərkəzlərin təsis edilməsi və fəaliyyət şərtləri (3 iyul 1997-ci il), informasiya sahəsində əməkdaşlıq (16 oktyabr 2000-ci il), Rusiyanın Elmlər Akademiyası və Azərbaycanın Milli Elmlər Akademiyasının elmi-texniki sahədə əməkdaşlıq (6 oktyabr 2000-ci il). Bundan başqa iki ölkənin mədəniyyət nazirlukləri mədəni mübadilə planlarını imzalayırlar.

    Bakida mütamadi olaraq müxtəlif  janrlarda Rusiyanın aparıcı ifaçıları çıxış edirlər. Hər il Rusiya və digər ölkələrin musiqiçilərinin iştirakı ilə keçirilən M.Rostropoviçin festivalı böyük rezonansa malikdir. Ənənəvi olaraq müəllif mahnı festivalları keçirilir.

    2011-ci ilin may aylnda Həştərxanda “Rusiya-Azərbaycan: əməkdaşlığın yeni görünüşləri” adlı II Rusiya-Azərbaycan reqinlararası forum keçırılərək, həmçinin humanitar əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.

    Y.A.Gagarinin kosmosa uçmağının 50 illik münasibətilə ötən ilin aprel-may aylarında Rusiyanın Milli qəhrəmanları, kosmonavtlar Maksim Surayev və Sergey Treşev Baklda oldular.

    2011-ci ilin oktyabr ayında Rusiya prezidentinin administrasiyasının rəhbəri S.Y.Narışkinin rəhbərliyi ilə böyük nümayəndə heyəti Bakıda keçirilən “XXI əsr: ümidlər və çağırışlar” adlı humanitar forumunda iştirak etdi.

    2011-ci ilin noyabr ayında Azərbaycanın dövlət gənc tamaşaçılar teatrı  Sankt-Peterburqda keçirilən “Art-Okraina” kamera teatrlar və kiçik formatlı tamaşaların II beynəlxalq festivalında iştirak etdi. Tatarstanın kukla teatrı Bakıda keçirilən kukla teatrların I Bakı beynəlxalq festivalında iştrirak etdi.

    2011-ci ilin sonunda Rüstəm İbrahimbəyov tərəfindən səhnəyə qoyulmuş tamaşaları ilə  “İbrus” teatrı Moskvada keçirilən “İbrahimbəyov teatrı” adlı festivalda iştirak etdi.

    2012-ci ilin oktyabr ayında Moskvada M.Magomayevin 70-illiyinə həsr olunmuş eyni adlı II Beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.

    Təhsil sahəsində əlaqələr fəal inkişaf edir. 2007 –ci ildə Rusiya Azərbaycana öz ali məktəblərində ayrı-ayrı hazırlıq növlərinə görə 178 dövlət  təqaüdü ayırmışdır. 2008-ci ildə 198 təqaüd, 2009-cu ildə  - 284, 2010-cu ildə - 302, 2011-ci ildə - 306.

    2007-ci ilin may ayından Azərbaycanda “Moskva merinin təqaüdü” Proqramı həyata keçirilir, onun çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil alan  22 həmvətənimiz Moskva hakimiyyətindən vəsait alırlar.

    Azərbaycanda M.V.Lomonosov ad. Universitetinin Bakı filialı fəaliyyət göstərir və oun 4 fakültəsində (filoloqiya, kimya, tətbiqi riyaziyyat, psixoloqiya) 400 qədər tələbə təhsil alır. Təhsil sahəsində dövlətlərarası əlaqələrin formalaşmasında filialın müstəsna rolu vardır.  2011-ci ildə dostluğun və əməkdaşlığın möhkəmlənməsində misilsiz xidmətlərinə görə filialın rektoru N.Paşayeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunmuşdur.     

      2008 –ci ilin noyabr ayından Bakı Dövlət universitetində “Russkiy fond” tərəfindən yaradılmış, müasir kompüterlərlə və rus dilində 1 min kitabı olan kitabxana ilə təçhiz olunmuş “Rus dili kabineti” faəliyyət göstərir.

    Bakıda 2009-cu ildən Rus Kitab evi fəaliyyətdədir, 2010-cu ilin sentyabr ayından isə Bakı Slavyan unuversitetində “Moskva auditoriyası” Rusiya mədəni-təhsil mərkəzinin nəzdində  onun filialı açılıb.

    Moskvada Azərbaycan etno-mədəni komponenti ilə 157 saylı məktəb fəaliyyət göstərir. Moskva dövlət lingvistik universitetində 4 ildir azərbaycançıların hazırlanması gedir, Azərbaycan Mərkəzi açılıb. 2009-cu ildə Rusiyada Asiya və Afrika institutunun bazasında azərbacan dili üzrə dərslik buraxılıb.

    Azərbaycan və Rusiyanın alimləri müxtəlif elmi konfranslarda, seminarlarda, simpoziumlarda iştirak ediblər. Respublikanın Milli akademiyasının rəhbəlliyinin fikrincə elm sahəsində ikitərəfli əlaqələr fundamental araşdırmalarda, kadrların mübadiləsində, elm mütəxəssislərin ali məktəbdəki təhsidən sonra Rusiyada hazırlanması daha intensiv olmalıdır.  

    Gənclər və idman sahələrində gənclər və idman nümayəndələrin mübadiləsi, oinların birgə yarışlarda, məşq yığıncaqlarında, müxtəlif idman növləri üzrə yoldaşlıg görüşlərdə  (yunan-roma güləş, sambo, bədii qimnastika, şahmat, sərbəst güləş, su polosu, avarçəkmə, boks və s. üzrə, beynəlxalq turnirlər) iştirakı mövcuddur. 2011 ci ilin mart ayında Rusiya və Azərbaycan olimpiya komitələrin arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

    2011-ci ilin sentyabr ayında Bakıda “Yeni nəsil: sərhəsiz məsuliyyət” adlı I Rusiya-Azərbaycan gənclər forumu keçirildi və bu tədbirdə 120 –dən yuxarı Rusiyanın Şimali Qafqaz regionunun və Azərbaycanın nümayəndələri iştirak etmişdir.   

    2011-ci ilin yay aylarında Azərbaycandan 12 uşaq Rusiyanın “Orlyonok” düşərgəsində istirahət etdilər.

    2011-ci ilin iyul ayında Azərbaycana Rusiyanın gənclər ictimai Palatanın nümayəndələri təşrif  buyurdu. 2011-ci ilin dekabr ayında Moskvada, MDB-nin 20-illiyinə və Birlikdə  tarixi-mədəni İlinə həsr olunmuş gənclərin MDB-2011 sessiyası keçirildi. Sessiyada Azərbaycanın nümayəndələri fəal iştirak etdilər.

    Humanitar xarakterli tədbirlərin təşkilində  Rusiya mədəni-təhsil mərkəzinin böyük rolu vardır. Onun açılışı 12 mart 2009-cu ildə olmuşdur. 2011-ci ilin yanvar ayyında RMTM Xocalı küçəsində yerləşən geniş binaya köçdü.

     Humanitar xarakterli tədbirlərin təşkilində  və keçiriməsində rus icmaının böyük rolu var. İcma respublikanın internat məktəblərində, ümumtəhsil müəssisələrində çoxlu humanitar xarakterli tədbirlər keçirir.

     Böyük Vətən müharibəsi veteranları və təşkilatları arasında sıx əlaqələr mövcuddur. Qələbə günü münasibəti ilə əlaqədar irimiqyaslı tədbirlər keçirilir, Azərbaycanın veteran təşkilatlarının nümayəndələri isə hər il Moskva və Sankt-Peterburg şəhərlərində keşirilən tədbirlərdə iştirak edirlər.

     



    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin “Azərbaycanın ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100