Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Rusiyaya qayıtmaq üçün şəhadətnamənin rəsmiləşdirilməsi

    Xaricə qısamüddətli səfərə çıxmış Rusiya vətəndaşı xarici pasportsuz qalırsa (pasportunu itiribsə və ya pasportun vaxtı keçibsə), ona Rusiya Federasiyasına qayıtmaq üçün şəhadətnamə verilir.

    Qayıymaq üçün şəhadətnamənin rəsmiləşdirilməsi üçün şəxsən konsulluq şöbəsinə gəlməli, aşağıdakı sənədlər təqdim edilməlidir:

    - Azərbaycan daxili işlər orqanları tərəfindən verilmiş pasportun itirilməsi haqqında müraciət faktını təsdiqləyən sənəd (protokol, arayış və s.);

    - nahamar kağızda 3,5 х 4,5 sm ölçülü 3 ədəd fotoşəkil;

    - ərizə verənin şəxsiyyətini və Rusiyada yaşayış yerini müəyyənləşdirilməsinə imkan yaradan sənədlər və surətləri;

    - yuxarıda göstərilən sənədlər olmadıqda ərizə verənin şəxsiyyətini təsdiq edən və qüvvədə olan pasportlarını təqdim edən iki nəfərdən az olmayan Rusiya vətəndaşının notarius tərəfindən yazılı surətdə təsdiq olunmuş ərizələri.

    Konsulluq şöbəsində ərizə yazılır.

    Ərizə verənin onun Rusiya Federasiyasının vətəndaşı olması haqda tərəddüdləri aradan qaldıran zəruri sənədləri konsul aldıqdan sonra Rusiyaya qayıtmaq üçün şəhadətnaməni verir.

    Ehtiyac duyulduqda Səfirliyin konsulluq şöbəsi Rusiya vətəndaşlığını və pasportun verilməsi faktını təsdiqləmək üçün Rusiyanın Federal Miqrasiya Xidmətlərinə sorğu göndərir.

    Rusiya Federasiyası ərazisində sərhəd nəzarət və buraılış məntəqəsinin ştampı olan şəhadətnamə Rusiya vətəndaşı tərəfindən Rusiya Federasiyası dövlət sərhəddini keçən andan 10 gün ərzində onun şəxsiyyətini təsdiq edən sənəd kimi təqdim oluna bilər.

    Qayıtmaq üçün şəhadətnamə almış Rusiya Federasiyasının vətəndaşı Rusiya Federasiyasına qayıdarkən 3 gün ərzində şəhadətnaməni itirilmiş pasportu verən təşkilata təqdim etməlidir.

    Qayıtmaq üçün şəhadətnamə pulsuz verilir.

     

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100