Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    «Sodrujestvo» Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyəti

    «Sodrujestvo» Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyəti (ARXHC) ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda yaşayan bir çox xalqların nümayəndələrinin təşəbbüsü ilə yaradılıb. Onun təşkilatçıları arasında ruslar, azərbaycanlılar, ukraynalılar, ləzgilər, tatarlar və digər xalqların nümayəndələri olub.

    «Sodrujestvo» ARXHC-nin ilk sədri Azərbaycan Dövlət Universitetinin dosenti Viktor Romanoviç Zotov olub. 1990-cı ilin avqust ayında Cəmiyyət rəsmən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kütləvi qeyri-hökumət təşkilatı kimi hüquqi şəxs statusu alıb.

    Ötən illər ərzində «Sodrujestvo» daxilən təşkilatlanaraq möhkəmlənib, yeni tərəfdarlar qazanıb. Hazırda Cəmiyyət öz ətrafında 6 min nəfərə qədər insanı birləşdirir, bir neçə kollektiv üzvü var. Onların sırasında Səbail rayonu 134 və 160 saylı gimnaziyaların, Suraxanı rayonu 141 saylı orta məktəbin pedaqoji, «Nord» uşaq bağçasının əməkdaşları, «Orion» firması və s. qurumlar var. Respublikanın bir sıra ictimai təşkilatları ilə əməkdaşlıq və tərəfdaşlıq barədə ikitərəfli müqavilələr imzalanıb.

    Təşkilatın fəaliyyəti «Sodrujestvo» ARXHC-nin V konfransından sonra daha da aktivləşib. Həmin konfransda təşkilatın müasir dövrdə yeni vəzifələri və əsas fəaliyyət kərimovaistiqamətləri müəyyən olunub. Elə həmin tədbirdə Tatyana Kərimova təşkilatın sədri, Mixail Bolotnikov və Vladimir Lyaşenko sədr müavinləri, Yuri Qluşko isə təftiş komissiyasının sədri seçilib. Bundan əlavə təşkilatın Cəmiyyətin Şurası və İdarə Heyətinin tərkibi seçilib.

    Konfransda Cəmiyyətin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində «Sodrujestvo»-nun şəhər və rayon təşkilatları əhəmiyyətli rol oynayır. Sabunçu rayon təşkilatı (sədr Vladimir Arqutkin), Suraxanı rayon təşkilatı (sədr Nina Osovaya), Yasamal rayon təşkilatı (sədr Yelena Kadulina), Nəsimi rayon təşkilatı (sədr Faina Fomtseva), Səbail rayon təşkilatı (sədr Lüdmila Kanevskaya), Xətai rayon təşkilatı (sədr Fəxrəddin Quliyev), Sumqayıt şəhər təşkilatı (sədr Fikret Aliev), Mingəçevir şəhər təşkilatı (sədr - Yuri Oleynik) və başqa yerli təşkilatlar «Sodrujestvo»nun üzvləri ilə işi rəngarəng və maraqlı tərzdə qururlar.

    «Sodrujestvo»-nun fəaliyyətinin təkmilləşdirilməsinə təşkilatın daimi komissiyaları böyük töhfə verir. Həm «Sodrujestvo»nun, həm də onun struktur bölmələrinin təşkilatı işinin təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb etməyə başlayır. Buna təşkilati məsələlər üzrə komissiya böyük kömək edir. Bu komissiya «Sodrujestvo»nun rayon və şəhər təşkilatlarının işində, respublikanın regionlarında yeni təşkilatların yaradılmasına hazırlıqda iştirak edir. Belə ki, Səbail rayon və Sumqayıt şəhər təşkilatlarının işi bərpa olunub.

    İdeoloji və mədəni-maarif məsələləri üzrə komissiyanın işini də qeyd etmək lazımdır (sədr - Vadim İlyasov). Paytaxtın mədəniyyət idarələri ilə birlikdə Adı çəkilən komissiya cəmiyyət üzvlərinin teatr, konsert, sərgi və digər tədbirlərdə kollektiv şəkildə iştirakını təşkil edir, yay aylarında isə ölkənin tarixi yerlərinə ekskursiyalar təşkil olunur.

    Cəmiyyətin mədəni-maarif fəaliyyətində 2001-ci ildə yaradılmış «Sodrujestvo» Poeziya Klubu böyük rol oynayır. Bu klubda rus dilində yazan peşəkar və həvəskar şairlər birləşib. Klubun üzvləri mütəmadi olaraq məktəblərə, universitetlərə, təşkilatlara gedərək poeziya həvəskarları ilə görüşlər keçirirlər, onların əsərləri yerli mətbuatın səhifələrində mütəmadi olaraq dərc olunur. Klubun fəaliyyəti Bakının hüdudlarını aşıb, Sumqayıtla əlaqələr qurulub və burada artıq şairlərin bir neçə çıxışı olub.

    Zaman keçdikcə poeziya klubu «Sodrujestvo» Ədəbi Birliyinə çevrilib (rəhbər - Raisa Abdullayeva). Hazırda birliyin üzvləri sırasında təkcə şairlər deyil, nasirlər, fantast və yumorist klubları daxildir.

    2009-cu ildə ədiblərin iştirakı ilə Azərbaycan və Rusiya məşhur yazıçı və şairlərinə həsr olunmuş «dəyirmi masa»lar keçirilir.

    2009-cu ilin mart ayında «Sodrujestvo» ədəbi almanaxının təqdimatı keçirilib ki, bu məcmuəyə də «Sodrujestvo» Ədəbi Birliyinə üzv olan rusdilli müəlliflərin əsərləri daxil edilib.

    Bir müddət əvvəl A.S.Puşkinin 210 illiyinə həsr olunmuş «Ədəbi Bakı - 2009» Dördüncü Respublika açıq festivalı işin yekunlaşdırıb. Festival «Dostlar bizim ittifaqımız gözəldir!..» devizi altında keçib. Festival çərçivəsində gimnaziya və orta məktəb şagirdləri üçün «Məktəb partası arxasında ilham pərisi» adlı və «Salam, ey gənc, naməlum qəbilə!..» devizi altında xüsusi müsabiqə keçirilib.

    «Sodrujestvo» üzvlərinin vətəndaş hüquqlarının və maraqlarının müdafiəsi cəmiyyətin hüquq Komissiyası tərəfindən həyata keçirilir ki, ona da V.Arqutkin rəhbərlik edir. Komissiya vətəndaşları fərdi qəbulunu təşkil edir, onlara müxtəlif problemlər üzrə pulsuz hüquqi məsləhətlər verilir, məhkəmə, inzibati və sair instansiyalarda Cəmiyyət üzvlərinin maraqlarının ictimai müdafiəsinin təşkilinə yardım edir.

    Cəmiyyət həmçinin tibbi yardım və digər sosial problemlərin həlli ilə bağlı köməklik edir. Bu məsələlərə Cəmiyyətin səhiyyə, sosial məsələlər və xeyriyyəçilik komissiyası cavabdehdir (sədr F.Fomtseva).

    Cəmiyyətin rayon təşkilatları ilə birlikdə bu Komissiya cəmiyyətin üzvlərinə müxtəlif müavinət və pensiyaların rəsmiləşdirilməsində kömək edir, tənha və kimsəsiz şəxslərin evlərinə ziyarəti təşkil edir, zərurət olduqda isə evdə tibbi xidməti təşkil edir, internat məktəbləri, kimsəsiz uşaqlar və əlillər üçün əşya toplanmasını təşkil edir.

    «Sodrujestvo» Cəmiyyətinin tərkibində Qadınlar Şurası aktiv fəaliyyət göstərir (Lüdmila Lipyaqovskaya). Şura qadınlar arasında iş apararaq qadınların problemlərinin həllində dəstək və yardım göstərir. Qadınlar Şurası xüsusilə çoxuşaqlı analara, gənc ailələrə, çətin uşaqlı ailələrə xüsusi diqqət göstərir, qadınların asudə vaxtının təşkilində iştirak edir, mədəni-maarif işini, hüquqi yardımı həyata keçirir.

    Cəmiyyət gənclərlə – məktəbli və tələbələrlə işə böyük diqqət ayırır. Cəmiyyətin tərkibində fəaliyyət göstərən «Sodrujestvo» Gənclər hərəkatı (N.Neverov, D.Getmanov) tərəfindən müxtəlif illərdə çoxlu sayda gənclər proqramları həyata keçirilib.

    Məsələn, «Roszarubejsentr»in Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə «Sodrujestvo» «Bakı qışı-2002» və «Bakı qışı - 2003» intellektual müsabiqələrini keçirib. Bu müsabiqələrdə yerli komandalarla yanaşı Rusiya, Ukrayna, Litva, ABŞ, İsrail məktəbliləri də iştirak ediblər.

    Respublikanın digər gənclər təşkilatlarının nümayəndələri ilə görüşlər, «dəyirmi masa»lar, müxtəlif mövzuların müzakirəsi keçirilib. Bundan əlavə, Böyük Vətən müharibəsində qələbə və digər əlamətdar tarixlərlə bağlı tədbirlər təşkil olunub.

    «Sodrujestvo» Gənclər hərəkatının nəzdində Kompüter klubu da fəaliyyət göstərir. Bu klub çərçivəsində Gənclər və informasiya texnologiyaları« mövzusunda «dəyirmi masa» keçirilib.

    «Sodrujestvo» imkan daxilində Azərbaycan və Rusiya xalqları arasında mehriban dostluq əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verməyə çalışır. Hazırda Azərbaycan-rusiya əlaqələri tamamilə yeni mərhələyə qədəm qoyub. Buna sübut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev arasında artıq ənənə şəklini almış yüksək səviyyədə keçirilən görüşləri göstərmək olar. Dövlət başçıları arasında olan bilavasitə ünsiyyət iki ölkənin iki yüz illik ümumi tarix və mehriban qonşuluq münasibətlərinə malik xalqları arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır.

    Öz işində cəmiyyət Rusiyanın xaricdə yaşayan həmvətənlərin problemləri ilə məşğul olan strukturları və təşkilatları ilə, o cümlədən Rusiya hökuməti, Rusiya Xarici İşlər Nazirliyi, «Rossotrudniçestvo», Moskva Meriyası, Rusiyalı Həmvətənlərinin Beynəlxalq Şurası (RHBŞ) ilə sıx əməkdaşlıq edir. 2008-ci ilin dekabr ayında RHBŞ İdarə Heyətinin qərarı ilə «Sodrujestvo» bu təşkilata üzv qəbul olunub.

    Cəmiyyətimizin rəhbərliyi Rusiya Səfirliyi və «Rossotrudniçestvo»nun Azərbaycandakı Nümayəndəliyi tərəfindən daim diqqət və qayğı hiss etdiklərini dəfələrlə vurğulayıblar. Bu dəstək olmadan planlaşdırılmış tədbirlərin əksəriyyətini yerinə yetirmək demək olar ki mümkünsüz olardı. Axı, məsələn, veteranların müalicəyə göndərilməsi və ya məktəblilərin Rusiyaya istirahətə göndərilməsi üçün böyük təşkilati səylərlə yanaşı həm də külli miqdarda maliyyə vəsaiti lazımdır.

    Bundan əlavə, Rusiya Səfirliyi tərəfindən Azərbaycan məktəblərinin məzunlarının pulsuz olaraq Rusiya ali məktəblərinə təhsil almağa göndərilməsi təcrübəsi də tətbiq olunur. Təkcə «Sodrujetsvo» xətti ilə 2008-ci ildə Rusiyanın ali məktəblərinə 17 nəfər qəbul olunub.

    Cəmiyyətin nəzarətində olan məktəblərin rus dili və ədəbiyyatı müəllimləri Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən keçirilən rus dili seminarlarında iştirak edirlər. Rusdilli məktəblər Rusiyadan gətirilmiş müasir dərs vəsaitləri ilə təmin olunurlar.

    Rusiya Federasiyası tərəfindən xaricdə yaşayan həmvətənlərə dəstək proqrammı sayəsində böyük vətən müharibəsi veteranları hər il Azərbaycanın sanatoriyalarında reabilitasiya kursu keçirlər. Belə ki, 208-ci ildə və 2009-cu ilin əvvəlindən 30 nəfərədək «Sodrujestvo»nun üzvləri olan Böyük Vətən müharibəsi veteranı «Bilgəh» kardioloji sanatoriyasında və «Abşeron» mədə-bağırsaq sanatoriyasında müalicə olunmaq imkanı əldə ediblər.

    İki ölkə arasında mədəni əlaqələr da daim möhkəmlənməkdədir. Buna bariz misallardan biri böyük rus şairi A.S.Puşkinin Bakıda abidəsinin qoyulmasıdır. Rusiya hökuməti tərəfindən paytaxtımıza hədiyyə olunan heykəl Bakının mərkəzi küçələrindən birində daimi məskən salıb. Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı isə əsl poeziya və incəsənətin həqiqətən sərhəd tanımadığını bir daha sübut etdi.

    Məhz «Sodrujestvo» vaxtilə hər il A.S.Puşkinin abidəsi qarşısında, şairin ad günündə təntənəli görüşün keçirilməsi təklifi ilə çıxış edib. Beləliklə, bu ənənəyə uyğun olaraq, hər il iyun ayının 6-da şairin abidəsi önünə çiçəklər qoyulur, Puşkin poeziyasına rəğbət bəsləyən insanlar, diplomatlar, ictimai təşkilatların, şəhər icra hakimiyyətinin nümayəndələri, müəllimlər, orta məktəb şagirdləri və tələbələr, şairlər, yazıçılar, jurnalistlər Rusiyanın böyük oğluna ehtiram nümayiş etdirmək üçün abidənin qarşısına toplaşırlar. Yuxarı sinif şagirdləri Puşkin dövrünə aid kostyumlarda şairin əsərlərindən səhnəciklər göstərirlər. Elə buradaca müasir şairlərin əsərləri, Bakı bardlarının mahnıları səslənir.

    Cəmiyyət müxtəlif dövlət strukturları, regionların icra hakimiyyətləri, ictimai təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dini konfessiyalarla – pravoslav, müsəlman, yəhudi icmaları ilə əməkdaşlıq edir, onlarla birlikdə dini və dünyəvi bayramlara aid tədbirlər keçirir: cəmiyyətin üzvləri Pravoslav Pasxa bayramını, Milad bayramını, Azərbaycanın Novruz bayramını, Tatar Sabantuy bayramını və Azərbaycan xalqlarının tarixindəki bir çox əlamətdar tarixləri birgə qeyd edirlər.

    Cəmiyyəti respublikada fəaliyyət göstərən Rus Pravoslav Kilsəsi və şəxsən Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandrla mehriban əlaqələr birləşdirir, «Sodrujestvo»nüun üzvləri baş keşişin yerinə yetirdiyi dini ayinlərdə, pravoslav bayramlarına həsr edilən qəbullarda iştirak edirlər.

    «Sodrujestvo»nun sıralarında yaşlı nəslin nümayəndələri, o cümlədən Böyük Vətən müharibəsi və əmək veteranları da az deyil. Müharibə və əmək veteranları ilə iş üzrə komissiya (sədr- A.Filaleyev) imkan dairəsində veteranlara onların ehtiyac duyduğu maddi və mənəvi yardım göstərir.

    2009-cu il oktyabrın 17-də «Ramada» Beynəlxalq Mərkəzində «Gənc rusiyalı həmvətənlərin yaşadıqları ölkələrdə inteqrasiyası» mövzusunda, Rusiyalı Həmvətənlərin III Ümumdünya Konqresinə həsr olunmuş konfrans keçirilib.

    Konfrans Rusiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, «Sodrujestvo» ARXHC, «Sodrujestvo» gənclər hərəkatı tərəfindən təşkil olunub.

    Konfransın keçirilməsində məqsəd gənc həmvətənlərin Azərbaycandakı inteqrasiya proseslərinə cəlb olunması, mədəniyyət, təhsil, informasiya, sahibkarlıq sahəsində sıx əməkdaşlığın qurulmasında, Rusiyanın gənclər təşkilatları ilə əlaqələrin qurulmasına yardım göstərilməsi idi.

    Əsas məsələlər respublikada millətlərarası ünsiyyət vasitəsi kimi qorunub saxlanması və istifadəsi, həm Rusiya , həm də Azərbaycanın mədəni-tarixi irsinə dair məsələlərdə rusdilli gənclərin konsolidasiyası, hər iki ölkənin ədəbiyyat və mədəniyyətinin təbliği idi. Gənc həmvətənlər qarşısında duran vacib problemlərdən biri kimi, onların vətəndaş hüquqlarının və maraqlarının qorunması, işə düzəlmə və təhsil məsələlərində yardım, habelə millətlərarası həmrəyliyin dəstəklənməsi və inkişaf etdirilməsi, Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi idi.

    Konfrans iştirakçıları həmçinin gənc həmvətənlərin böyük vətən müharibəsinin 65 illiyinin qeyd olunmasına, xalqların tarixi qəhrəmanlığı barədə xatirənin qorunması, faşizmin darmadağın edilməsi, nəsillərin vərəsəlik ənənələrinin möhkəmləndirilməsinə həsr olunmuş tədbirlərdə iştirakı da müzakirə olunub.

    Konfransın yekunu olaraq Qətnamə qəbul olunub.

    Mövcud olduğu 19 il ərzində cəmiyyət böyük işlərə imza atıb. Yaranmış ənənələrə sadiq qalaraq, «Sodrujestvo» bundan sonra da milliyyətindən və dini etiqadından asılı olmayaraq xalqlar arasında dostluq və mehriban millətlərarası münasibətlərin möhkəmləndirilməsi, xaricdəki həmvətənlərlə daha sıx əlaqələrin qurulması istiqamətində daha aktiv fəaliyyət göstərmək niyyətindədir.

     

    Sayt: www.sodrujestvo.az

    E-mail: info@sodrujestvo.az

    Tel.: 440-20-60

    Təşkilatın hüquqi və poçt ünvanı: AZ 1010, Azərbaycan, Bakı şəhəri, Azadlıq pr-ti, ev 28

     

    «Sodrujestvo» fəaliyyəti:

    “Xatirə şamı” toplusu







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100