«Rossotrudniçestvo»-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Şeyxov Ənvər Məhəmmədəliyeviç
Filologiya elmləri doktoru, professor
1958-ci il martın 9-da Mahaçqala şəhərində (Rusiya Federasiyası, Dağıstan Respublikası) qulluqçu ailəsində anadan olub.
1980-ci ildə Dağıstan Dövlət Universitetinin filologiya fakültəsinin rus bölməsini bitirib.
1980-1983-cü illərdə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun aspiranturasının əyani şöbəsində təhsil alıb, namizədlik dissertasiyasını müdafiə edib.
Dağıstan Dövlət Tibb Akademiyasının əcnəbi tələbələr üçün rus dili kafedrasının müdiri, Moskva şəhərində, Rusiya Elmlər Akademiyası (REA) Dilçilik İnstitutunun aparıcı elmi işçisi vəzifələrində çalışıb.
Filologiya elmləri doktoru (1994-cü il), professor (1995-ci il), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (1995-ci il), REA Dilçilik İnstitutu yanında doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü, habelə Rusiyada və xarici ölkələrdə nəşr olunan bir neçə elmi məcmuənin redaksiya kollegiyasının üzvüdür.
Müqayisəli, tipoloji və rus dilçiliyi üzrə mütəxəssisdir, 100-dən artıq elmi və tədris-metodiki əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir.
2005-ci ildən «Rossotrudniçestvo»-da çalışır (əvvəllər Rusiya XİN nəzdində Roszarubejsentr).
Əlaqə
Adres: AZ1025, Bakı şəh., Xocalı pr-ti, kv.1178
Telefon: (99412) 4964500, (99412) 964800
www.aze.rs.gov.ru
Е-mail: riccbaku@gmail.com

Bakı şəhərində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılışı
|