Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         





    Rus İcması

    Hüquqi və poçt ünvanı: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Azadlıq pr-ti, ev 116

    Telefon/faks: (994 12) 492 00 41

    Mobil telefon: (994 50) 539 22 33

    E-mail: salonset@rambler.ru

    Təşkilatın yaranma tarixi: 5 may 1993-cü il.

    Rəhbər orqanları: Respublika Şurası – 21 nəfər; komissiyalar: təşkilati, xalq təhsili komissiyası, sosial məsələlər və xeyriyyəçilik komissiyası, Vətəndaşların Hüquqlarının Müdafiəsi Mərkəzi, dini məsələlər üzrə komissiya, xaricdəki icmalarla əlaqələr komissiyası, siyasi partiyalar və ictimai hərəkatlarla əlaqələr komissiyası, müharibə və Silahlı Qüvvələrin Veteranları ilə İş Üzrə Komissiya, Ağsaqqallar Şurası, Rus Mədəniyyət Mərkəzi, Rus Gənclər Assosiasiyası, «Russki mir» (Rus dünyası) Assosiasiyası, rus dilli təhsil müəssisələri müəllimlərinin assosiasiyası, Leninqrad Blokadası iştirakçıları Assosiasiyası, «Luç» (Şölə) Azərbaycan-Rusiya ədəbi əlaqələr assosiasiyası.

    Rus İcmasının Sədri: Zabelin Mixail Yuryeviç

    Sədrin müavini: Mayorov Veniamin Stepanoviç; Kojevnikova Mariya Nikolayevna; Alekseyev Aleksandr Mixayloviç; Vasilçenko Nikolay Zinovyeviç; Yakunina Lyubov Timofeyevna.

    Üzvlərin sayı: 50 min nəfərdən çox

    Mətbuat orqanları: "Vestnik" (Carçı) qəzeti 1994-cü il aprelin 20-də qeydə alınıb. Rübdə bir dəfə olmaqla İcmanın üzvləri üçün nəşr olunur. «OKO» qəzeti 2007-ci ilin dekabr ayında qeydə alınıb. 4500 nüsxə tirajla ölkə əhalisi arasında yayımlanır.

    Təşkilatlar: Ümumilikdə respublika ərazisində 48 şəhər və rayon təşkilatı fəaliyyət göstərir.

    2008-ci ildə Azərbaycan Rus İcmasının yaranmasından 15 il keçir. Bu dövr ərzində, 1998 və 2004-cü illərdə iki qurultay keçirilib, Rus İcması təşkilati cəhətdən möhkəmlənərək respublikada və Rusiyada müəyyən nüfuz qazanıb. Rusiya və Azərbaycanın dövlət və biznes strukturlarının, Rusiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi sayəsində İcma bir sıra vacib layihələri həyata keçirməyə nail olub: hər il müharibə və əmək veteranlarına maddi yardım göstərilməsi, müalicəyə ehtiyacı olanların Moskva şəhərinin klinikalarına müalicəyə göndərilməsi, uşaqların Rusiyanın tarixi yerlərin turist səyahətlərinə göndərilməsi, “LukOyl” şirkətinin dəstəyi ilə «Drujba» (Dostluq) İdman-sağlamlıq xeyriyyə kompleksində uşaqların yay istirahətinin təşkili.

    Ahıllar zəruri dərman vasitələri, tibbi avadanlıq və əlil arabaları ilə təmin olunurlar.

    Respublikada «Moskva merinin təqaüdü» Proqrammı həyata keçirilir ki, bunun da sayəsində Bakı şəhərinin ali məktəblərinin 22 nəfər ən yaxşı tələbəsi hər il 1100 ABŞ dolları həcmində təqaüd alacaqlar.

    Bundan əlavə, İcma üzvlərinin zəbt olunmuş mənzillərinin boşaldılması sahəsində də böyük iş aparılıb – 310 mənzildən 280-i İcma üzvlərinə qaytarılıb. İcma üzvərinə hüquqi yardım göstərilir, onların hüquqları məhkəmə instansiyalarında və inzibati orqanlarda qorunu.

    Assosiasiyanın xətti ilə Respublikanın məktəblərində böyük iş görülür - olimpiadalar, rus dili və Rusiya tarixinə dair müsabiqələr keçirilir. Rus İcması yanında rus Mədəniyyət Mərkəzi tərəfindən məqsədyönlü iş aparılır.

    Hər il keçirilən «Rodniki duşi» (Qəlb bulaqları) adlı rus mahnısı festivalları, uşaqlar üçün yeni il şənlikləri, dərnəklərin və ədəbi qonaq otaqlarının fəaliyyəti, konsertlər.

    Rus İcmasının təşəbbüsü və bilavasitə təşkilati iştirakı il Bakıda 2006-cı ildə Rusiya Həmvətənləri Beynəlxalq Şurasının səyyar genişləndirilmiş iclası, 2007-cü ildə isə Rusiya XİN tərəfindən Cənubi Qafqaz ölkələrində yaşayan rus həmvətənlərinin konfransı və «Həmvətənlərin Rusiya Federasiyasına könüllü köçürülməsi» proqramının həyata keçirilməsi üzrə «Dəyirmi masa» keçirilib.

     

    Tərcümeyi-hal

    zabelinMixail Yuryeviç Zabelin 1946-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

    Əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. «Proomsvyazmontaj»-da montajçı, «Azqiprovodxoz» Layihə İnstitutunda mühəndis, Oktyabr rayon Komsomol təşkilatının katibi vəzifələrində çalışıb.

    Mixail Zabelinin qeyri-adi təşkilati bacarıqları onun partiya xətti ilə irəli çəkilməsinə səbəb olub. Beləliklə o, Lenin Rayon Partiya Təşkilatının, Bakı Şəhər Partiya Təşkilatının təlimatçısı, sonradan isə Azərbaycan KP MK-nın təlimatçısı vəzifəsinə irəli çəkilib.

    Daha sonra Mixail Zabelin Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin referenti, Azərbaycan KP MK təşkilati şöbəsinin müfəttişi, Nizami RİK-in sədri vəzifələrində çalışıb.

    1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, 1995,2000 və 2005-ci illərdə isə I, II və III çağırış Milli Məclisin üzvü seçilib.

    M.Y.Zabelin Azərbaycan Rus İcmasının sədri, Beynəlxalq Rusiya Həmvətənləri Şurası Rəyasət Heyətinin üzvü, Beynəlxalq Universitetin fəxri professorudur. Azərbaycan dilini bilir.

    Mixail Zabelin «Yeni Azərbaycan» Partiyasının yaradanlardan biridir və hazırda bu partiyanın işində fəal iştirak edir, partiyanın İdarə Heyətinin üzvüdür.

    1993-cü ildə Heydər Əliyevə ünvanlanmış müraciətə imza atmış «91-lər»dən biri də Mixail Zabelindir.

    M.Y.Zabelin fəal ictimai-siyasi fəaliyyətinə görə ölkə prezidenti tərəfindən «Şöhrət» ordeni ilə təltif olunub. Bundan əlavə, M.Zabelin Rus Pravoslav Kilsəsinin «Sergey Radonejski Ordeni», Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Fəxri Fərmanı, Moskva Hökumətinin Fəxri Fərmanı, Rusiyanın ictimai təşkilatlarının digər orden və medallarına layiq görülüb.

     







      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100